Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şəxsiyyət vəsiqələrini internet vasitəsi ilə almaq olacaq
«Ötən il yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cərimələrin ödənilməsində məmur-vətəndaş əlaqələrinin maksimum azaldılması məqsədilə patrul avtomobillərində POS-terminallar, həmçinin sürücülər barədə məlumatların operativ əldə olunmasına imkan verən bort kompyuterlər quraşdırılıb».
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə keçirilən geniş kollegiya iclasında bildirib.
Nazir həmçinin əlavə edib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaşlıq pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə, lisenziya almaq və s. imkanlar yaradan, bütövlükdə isə 25 istiqaməti əhatə edən elektron xidmət sistemi də yaxın müddətdə istifadəyə veriləcək.
25/01/12 Çap et