Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC faizləri qaldırıb


“Azərpoçt”MMC ilə “Aztelekom” İB arasında poçt şöbələrində abunəçilərdən xidmət haqlarının qəbulu və qəbzlərin çatdırılması barədə mərkəzləşdirilmiş qaydada müqavilə imzalanıb.

Bundan başqa Bakı şəhər poçt şöbələri tərəfindən “ULTEL” abunəçilərindən xidmət haqlarının yığımı ilə bağlı, “Azərpoçt” MMC ilə “ULTEL” MMC arasında yeni müqavilə imzalanaraq xidmət haqqı 0.75%-dən 1.25%-ə qaldırılıb.


Qeyd edək ki, bundan öncə “Azərpoçt” MMC vətəndaşlarda su və kanalizasiya haqlarının yığımı üçün də xidmət haqqını 1.5%-dən 2%-ə qaldırıb.





25/01/12    Çap et