Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti “TCP” protokolunu modernləşdirmək niyyətindədir
"Google" şirkəti məlumatların ötürülmə sürətinin artırılması məqsədilə kompyuter şəbəkələrinin, eləcə də internetin əsasını təşkil edən "TCP" (Transmission Control Protocol) protokoluna dəyişikliklər üzrə tövsiyələr hazırlayıb.
Şirkət modernləşdirmə ilə bağlı təkliflərini baxılmaq üçün qlobal şəbəkənin əsasını təşkil edən texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olan "İnternet Engineering Task Force" (İETF) beynəlxalq təşkilatına təqdim edib.
"Google" mütəxəssislərinin fikrincə, bəzi dəyişikliklərlə artıq 20 ildən çox mövcud olan "TCP" protokolu internet resursların tələblərinə və müasir yüksəksürətli rabitə kanallarının imkanlarına tam həcmdə cavab vermir.
Şirkət nümayəndələrinin qeyd etdiyinə görə, müasir brauzerlərin istifadə etdiyi baxılan internet-sayt ilə dərhal çoxlu şəbəkə birləşmələrinin yaradılması üsulu "TCP" protokoluna məxsus bir sıra məhdudiyyətlərdən yan keçməyə imkan verir, lakin əksər hallarda əlavə yubanmalara səbəb olur.
Protokol üzrə yeni düzəlişlərin razılaşdırılması və tətbiqi üçün nə qədər vaxtın lazım olacağı hələ ki dəqiq məlum deyil.
26/01/12 Çap et