Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia“ şirkətinin “S40” platforması ilə işləyən telefonların satışları 1.5 milyardı ötüb


“Nokia” şirkəti bildirib ki, Braziliyada “S40” proqram platforması ilə işləyən 1.5 milyard mobil telefon satılıb.
“S40” (Series 40) platforması ilə işləyən ilk aparat 1999-cu ildə hazırlanıb.

O vaxtdan bəri platforma ciddi dəyişilib, hərçənd onun əsasında olan aparatlar funksionallığa görə, əlbəttə ki, smartfonlardan geri qalırlar .
“Nokia” şirkətinin hesablamalarına əsasən, hər saniyə orta hesabla “S40”  platformasında işləyən 12 aparat satılır.

“Nokia” şirkəti hesab edir ki, “S40” platforması olduqca yaxşı bazar perspektivlərinə malikdir. Platforma yaddaş və enerji sərfiyyatı ilə effektiv idarəetməni təmin edir, həmçinin ən müxtəlif əlavələri işə salmağa imkan verir.





26/01/12    Çap et