Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Google” şirkəti Amerika məktəblərinə 27 min “Chromebook” tədarük edəcək


“Google” şirkəti öz istehsalı olan “Chromebook” noutbuklarının Ayova, İllinoys və Cənubi Karolina ştatlarında üç məktəb dairəsinə tədarük edilməsi ilə bağlı tenderi udduğu barədə məlumat verib.

Bu məktəblərə tədarük ediləcək qurğuların sayı 27 mindən çox təşkil edəcək. İnternet nəhənginin nümayəndəsi Racen Şetin (Rajen Sheth) sözlərinə əsasən, “Chromebook” qurğuları məktəblər üçün əlverişlidir. Belə ki, bu noutbuklar sürətli işə, sadə idarəetməyə və uzun müddət avtonom işləmək imkanına malikdirlər.
 
 





26/01/12    Çap et