Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cisco” 2011-ci ilin 4-cü rübü üzrə İT təhlükələr haqqında qlobal hesabat dərc edib


“Cisco” 2011-ci ilin 4-cü rübü üzrə İT təhlükələr haqqında qlobal hesabat dərc edib. Hesabat məlumatlarına əsasən, 2011-ci ilin 4-cü rübü üzrə korporativ istifadəçilər internetdə ziyanverici proqram kodları ilə ay ərzində orta hesabla 339 dəfə rastlaşıblar.

Bütövlükdə 2011-ci il ərzində onlar internetdə belə proqramlarla ay ərzində orta hesabla 362 dəfə rastlaşıblar. 2011-ci ilin sentyabr-oktyabr ayları ərzində müvafiq olaraq isə 698 və 697 hadisə qeydə alınıb.

2011-ci ildə aşkar edilmiş unikal ziyanverici hostların sayı ay ərzində orta hesabla 20141 təşkil edib (müqayisə üçün: 2010-cu ildə ay ərzində 14217 təşkil etmişdi).

2011-ci ilin 4-cü rübündə internetdə aşkar edilmiş 33% ziyanverici proqramları ənənəvi siqnaturaların vasitəsi ilə müəyyən etmək mümkün deyil.

Hesabat dövründə "SQL injection" tipli hücumların sayı təxminən eyni səviyyədə qalıb. 2011-ci ilin 4-cü rübündə “DDoS” hücumların sayı bir qədər artıb, lakin spamın həcmi azalmağa davam edib.




26/01/12    Çap et