Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” və “Motorola Mobility” şirkətləri arasındakı patent münaqişəsi getdikcə kəskinləşir
"Motorola Mobility" şirkəti "Apple" şirkətinə qarşı Floridanın (ABŞ) Federal Məhkəməsinə iddia ərizəsi göndərib.
"Alma" imperiyası "Motorola" şirkətinin 6 patenti ilə müdafiə olunan texnologiyaların qeyri-qanuni istifadəsində ittiham edilir. Söhbət mobil qurğular üçün antenaların konstruksiyası, məlumatların filtrasiyası və mesajların ötürülməsi vasitələri, proqram təminatı və s. haqqındadır.
İddiaçılar bildiriblər ki, yuxarıda sadalanan həllər (hazırlamalar) "iPhone 4S" smartfonunda və "iCloud" veb-xidmətində tətbiq edilir.
Şirkətlər arasında təhqiqat 2010-cu ildə başlanıb. O zaman "Motorola" şirkəti "Apple" şirkətini 18 patentinin hüquqlarını pozmaqda ittiham etmişdi.
Cavabında isə "Apple" şirkəti "Motorola"nı bir neçə patentinin pozulmasında ittiham etdi. Lakin, ABŞ-ın Beynəlxalq Ticarət Komissiyasının (İTC) ilkin qərarına əsasən, "Apple" şirkətinin iddiaları əsassızdır.
26/01/12 Çap et