Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanın rabitə şəbəkəsi NGN texnologiyası əsasında qurulur


Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Şərur və Sədərək rayonları ərazisində mövcud avtomat telefon stansiyaların Yeni Nəsil (NGN) Telekommunikasiya sistemi ilə əvəz edilməsi üçün hazırlıq işləri yekunlaşıb.

Nazirlikdən verilən məlumata görə, Şərur şəhərində müasir tipli, zirzəmisi ilə birlikdə 4 mərtəbəli “Rabitə evi”nin tikintisi başa çatdırılıb.Yeni nəsil telekommunikasiya  avadanlıqları  artıq Naxçıvana gətirilib. Məlumatda bildirilir ki, birinci rüb ərzində montaj-tənzimləmə işlərinin  başa çatdırılması və sistemin istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, işlər Naxçıvan MR RİTN tərəfindən Muxtar Respublikanın bütün şəbəkəsinin mərhələli şəkildə yeni nəsil avadanlıqları ilə əvəzlənməsi layihəsinə uyğun həyata keçirilir. 
 





26/01/12    Çap et