Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonlar özü-özünə enerji yığa biləcək


Kembric Universitetinin bir qrup araşdırmaçısı mobil telefonların enerji yığmasını tarixə qovuşduracaq bir layihə – texnologiya üzərində işləyirlər.  "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, qrupun meydana gətirdiyi prototip telefonun OLED ekranında azalmağa gedən işığı yaxalayarkən enerji ilə doldurulur.

Tədqiqatçı Arman Arhud bildirib ki, telefon ekranında meydana gətirilən işığın sadəcə yüzdə otuz altısı irəliyə doğru yayılır, digərləri isə kənarlardan keçir. İşıqyaxalama cihazı «hidrogen yüklənmiş şəkilsiz silikondan» formalaşan incə bir qurğudan meydana gəlir və telefonun ekranına yerləşdirilir.

Ekranın kənarındakı «qeydetmə hüceyrələr» sayəsində cihaz ortalıqdakı işığı və ekranın kənarlarından sızan işığı istifadə edə bilir. Bu nailiyyət hər nə qədər kiçik olsa da, yeni bir sistemin yaradılması üçün ən gözəl başlangıc sayılır.





26/01/12    Çap et