Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şirkəti spam yaydığına görə cərimələnib
Avstraliya tənzimçiləri "Nokia" şirkətini SMS spam göndərilməsinə görə 58 min dollar dəyərində cərimələyiblər. Bu barədə "Röyters" xəbər agentliyi məlumat yayıb.
Bundan əlavə, finlərə marketinq kampaniyalarının fəaliyyət prinsiplərini dəyişdirmək göstərişi verilib. Korporasiya Avstraliya hakimiyyətinin tələblərini yerinə yetirməyə söz verib.
Finlandiya istehsalçısı müştərilərin çoxsaylı şikayətlərinə görə cərimələnib. Belə ki, "Nokia" şirkəti mobil aparatlarının funksiyaları SMS-lər göndərilməsinə köməklik göstərib. Şirkət məhz buna görə də cərimələnib.
27/01/12 Çap et