Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon sahibləri daha tez-tez planşet alırlar
“İpsos MORİ” şirkəti keçirdiyi tədqiqatın nəticələrini elan edib.“Google” şirkətinin sifarişi üzrə toplanılmış statistika 2011-ci ilin oktyabr ayından dekabra qədərki dövrü əhatə edir. Məlumatlar ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Yaponiya ölkələri üzrə toplanılıb.
Smartfon və planşetlər sürətlə populyarlaşır. Əksinə, netbuklara tələbat azalmağa davam edir.
ABŞ və Fransa əhalisinin 38%-i smartfonlardan istifadə edir . Böyük Britaniya, Almaniya və Yaponiya üçün bu göstərici müvafiq olaraq, 45%, 23% və 17%-ə bərabərdir.
Hesabat müəllifləri həm də qeyd edirlər ki, smartfon sahibləri daha tez-tez planşet fərdi kompyuterləri alırlar. Məsələn, ABŞ-da 17%, Böyük Britaniyada isə 10% smartfon sahibinin planşeti var.
27/01/12 Çap et