Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən kiçik videokamerası yaradılıb


Almaniyanın Fraunhofer İnstitutunun alimləri olduqca kiçik ölçülü videokamera yaradıblar.

İСTNEWS.AZ'ın  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni işləmənin tibb, avtomobil sənayesi və digər sahələrdə tətbiq edilə biləcəyi gözlənilir. Kub formada hazırlanmış kameranın ölçülü cəmi 1 millimetrdir. Ölçülərinə görə onu duz dənəsi ilə müqayisə etmək olar və tərtibatçıların sözlərinə görə onların yaratdığı işləmə dünyanın ən kiçik videokamerasıdır. Yeni qurğuda təsvir 250×250 nöqtə və ya 0,063 meqapiksel ölçüdə ötürülür. Müqayisə üçün qeyd edək ki, bəzi mobil telefonların təchiz olunduğu videokameraların təsvir ölçüsü 16 milyon pikseldən artıq olur. 
Almaniya alimlərinin işləmələrinin kiçik ölçülərdən başqa digər üstünlüyü onun qiymətinin az olmasıdır. Bu, tibb işçilərinə kameranı birdəfəlik istifadədən sonra tullamaq imkanı verəcək. Mini-kameraların gələn il kütləvi istehsalda tətbiq edilməsi gözlənilir.
 

 






01/06/11    Çap et