Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Polşalılar internetdə beynəlxalq müəlliflik hüququnun qorunması üzrə sazişə etiraz edir
Cümə axşamı Polşanın beynəlxalq müəlliflik hüququnun qorunması üzrə sazişi imzalaması internet istifadəçilərinin bu sazişə qarşı etiraz aksiyaları keçirməsinə səbəb olub.
Etiraz aksiyaları Polşanın Pozan və Lublin şəhərlərində keçirilib. Bir neçə gün davam edən bu aksiyaların iştirakçıları internet senzurası ilə bağlı Polşa hökumətinə öz etirazlarını bildiriblər.
Palikovun "Hərəkat" adlanan sol partiyasının qanunvericiləri imzalanmış sazişdən narazı olduqlarını göstərmək üçün parlamentin sessiyasında "Ananimus" qrupunun maskalarını taxmışdılar. Polşanın ən böyük "Qanun və Haqq" sağ partiyası isə bu məsələ ilə bağlı referendumun keçirilməsini tələb edib.
27/01/12 Çap et