Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Belarus mobil rabitə bazarında radikal dəyişikliklər gözləyir


Belarus mobil rabitə bazarında radikal dəyişikliklər gözləyir. Belə ki, adıçəkilən ölkənin Rabitə Nazirliyi bildirir ki, 2012-ci ilin fevralın 1-dən mobil abunəçilər üçün daşına bilən nömrə xidməti açıq olacaq.

Bununla da telefon istifadəçiləri əvvəlki nömrələrini saxlamaqla, digər operatorların xidmətlərindən istifadəyə başlayacaqlar. Yeni operatorun istifadəçisinə çevrilmək üçün isə abonent donor-operatora ərizə ilə müraciət edir.

Ərizə əsasında abunəçinin borc və yerinə yetirilməmiş öhdəliklərinin olub-olması ilə bağlı verilənlər bazasında sorğu aparılır. Sorğunun nəticlərinə əsasən donor-operatorun xidmətlərinə xitam verildikdən sonra abonentə məlumat uçotunun eyniləşdirmə nömrəsi barədə məlumat verilir.

Donor-operator isə verilənlər bazasında abonentlərinin sayında dəyişikliklər aparır. Alıcı-operator abonentin mobil rabitə xidmətləri ilə təmin olunması üçün müqavilənin bağlanması ilə eyni vaxtda onu nömrənin digər operatora köpçürülməsi və xidmət şərtləri ilə də tanış edir.

Belə yerdəyişmənin icrası yalnız 3 iş günü tələb edir. Operatorun dəyişdirilməsi ilə bağlı ərizə verdiyi 30 gün müddətində abonentin yenidən alıcı-operatordan imtina edərək, əvvəlki donor-operatorun xidmətinə qayıtmaq hüququ var.





28/01/12    Çap et