Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” 79 şirkət satın alıb
“Google” şirkəti 2011-ci ildə 79 şirkəti satın almaq üçün 1.9 milyard dollar pul xərcləyib.
2011-ci ildə “Google” şirkətinin ən böyük satınalmalarından biri “İTA Software” şirkəti olub. Axtarış nəhəngi bunun üçün 676 milyon dollar nağd pul verib.
Məlumat üçün qeyd edək ki, “Google“ şirkəti 2010-cu ildə 48 şirkəti satın almaq üçün 1 milyard dollar pul xərcləyib.
“Google”dan bildiriblər ki, şirkət hələ dayanmağa hazırlaşmır, yeni startap və işlək layihələri satın almağa davam edəcək.
28/01/12 Çap et