Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Davosda Azərbaycana həsr olunan interaktiv sessiyada çıxış edib
Davosda Azərbaycana həsr olunan interaktiv sessiya keçirilib.Sessiyada rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV da çıxış edib.
"Beynəlxalq reytinq agentliklərinin qərarına əsasən, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafın səviyyəsi inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır.
Beləliklə, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsidir. Bu il Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması planlaşdırılır.
Digər bir sahə - infrastruktur sahəsidir. "Elektron hökumət"in və ictimai informasiya xidmətlərinin yaradılması, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi də prioritet sahələrdəndir. Biz həm də Azərbaycanın İKT sahəsində regional layihələrdə fəal iştirakını daha da genişləndirməyi təmin etmək istiqamətində səylər göstəririk".
Nazir Əli Abbasov ölkəmizə xarici investisiyaların cəlb olunması, həmçinin xarici şirkətlərlə əməkdaşlıq üçün əlverişli biznes və sərmayə mühitinin olduğunu diqqətə çatdırıb.
30/01/12 Çap et