Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dilmanc” mətnin səsləndirilməsi sistemi istifadəyə verilib


 “Dilmanc” layihəsi çərçivəsində yaradılmış mətnin səsləndirilməsi sistemi (Text to Speech) dilmanc.az səhifəsində onlayn istifadəyə verilib. Səhifədə Azərbaycan dilində mətn daxil edərək onun səslənməsinə qulaq asmaq mümkündür.

Bundan əlavə, səslənmə faylını mp3 formatında endirmək imkanı da əlavə edilib. Bu, həmin mətnə sonradan telefonda və ya pleyerdə qulaq asmaq imkanı yaradır.

“Dilmanc” mətnin səsləndirilməsi sistemi Azərbaycan dili üçün ilk belə proqramdır. Səsləndirmə alqoritmi yenilənib və əvvəlki versiyadakından fərqli elmi yanaşmaya əsaslanır.

Layihənin rəhbəri Əbülfət Fətullayevin sözlərinə görə, sistem gələcəkdə telefon danışığını avtomatik tərcümə edən telefon-tərcüməçi sisteminin tərkib hissəsi kimi istifadə ediləcəkdir. Mətnin səsləndirilməsi sisteminin, həmçinin mobil qurğulara adaptasiyası nəzərdə tutulur.





30/01/12    Çap et