Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ilədək internetdə videotrafikin payı 57 faizi ötəcək
"Cisco Visual Networking İndex Forecast and Methodology 2010-2015"-in illik tədqiqat nəticələrinə əsasən, 2015-ci ilədək qlobal miqyasda sərf edilən internet-trafikin həcmi 2011-ci il ilə müqayisədə 2.5 dəfə artacaq və ay ərzində 78,6 ekzabayt təşkil edəcək.
Həmin dövr üçün orta illik artım sürəti 23,5 faiz təşkil edəcək.
Yaxın 4 ildə trafikin artmasının əsas səbəbini internetdə videofayllara baxış sayının artması təşkil edəcək.
Qeyd edək ki, 2010-cu ilin sonuna yaxın onlayn-video istehlakçılarının ümumi sayı 1 milyardı ötüb. 2011-ci ildə internet-videotrafik ilk dəfə olaraq "P2P" şəbəkə trafikini ötüb və 2015-ci ilədək internetdə videotrafikin payı 57 faizdən çox təşkil edəcək.
2010-2015-ci illərdə "İP" trafikin inkişafı planında ən sürətli inkişaf edən regionlar Latın Amerikası (illik artım sürəti 48%), Mərkəzi və Şərqi Avropa (orta illik artım sürəti 39%) ölkələri olacaqlar.
30/01/12 Çap et