Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” səhmlərini açıq bazarda yerləşdirmək üçün ərizə vermək niyyətindədir


“Facebook” sosial şəbəkəsi bu həftə səhmlərinin açıq maliyyə bazarında ilkin yerləşdirilməsi prosedurunun keçirilməsi üçün rəsmi ərizə verməyi planlaşdırır.

Müstəqil investorlar bildirirlər ki, “Facebook” bazardan təxminən 10 milyard dollar əldə edə biləcək, halbuki şirkətin kapitallaşdırma dəyəri 75-100 milyard dollara qədər təşkil edəcək. Qeyd edək ki, 75 milyard dollar dəyərində kapitallaşdırma qiyməti əvvəl bildirilmiş qiymətdən aşağıdır.

Lakin hətta Qərb bazarında belə mühafizəkar investorlar mövcuddur və onlar bildirirlər ki, nə istehsala, nə torpağa, nə mülkə malik olmayan, lakin bir neçə min server və virtual istifadəçi hesablarına malik olan şirkəti 100 milyard dollar dəyərində qiymətləndirmək – bu ağılsızlıqdır.


Bununla belə, veb-sayt 8 il ərzində 800 milyondan çox istifadəçi cəlb etməyi və bir çoxları üçün  insanlar arasında əlaqə üsulunu dəyişdirməyi bacara bilib.

“Facebook” kimlər üçün isə siyasi etirazların təşkil edilməsi və dövlət rejiminin devrilməsi üçün meydançadır, kimlər isə “Facebook” sosial şəbəkəsindən kulinariya reseptlərinin mübadiləsi üçün istifadə edir.

Bütün bunlarla yanaşı, “Facebook” elan verənlərlə münasibətləri yoluna qoya bildi  və gəlirli şirkət olmağı bacardı.


Qeyd edək ki, hal-hazırda “Facebook”un kapitallaşdırması təxminən “McDonald's” kapitallaşdırma dəyərinə uyğundur və “Google” şirkətinin  kapitallaşdırma dəyərindən 2 dəfə aşağıdır.
 





30/01/12    Çap et