Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Motorola” şirkəti iki planşeti birdən satışa çıxarıb
“Motorola” şirkəti artıq “Xyboard 8.2” və “Xyboard 10.1” planşetlərinin satışlarına başlayıb. Hələ ki yenilikləri yalnız Amerika istehsalçısının saytından almaq olar. Ekranların təsvir ölçüsü 1280x800 piksel təşkil edir.
Hər iki planşet 1,2 QHz takt tezlikli ikinüvəli prosessorla, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaş, iki kamera (əsas - 5 meqapiksel və ön - 1,3 meqapiksel) ilə təchiz edilib.
“Xyboard 8.2” planşeti 3960 mA/saat tutumlu akkumulyatora malikdir və aparatın avtonom iş müddəti isə videoya baxma rejimində 6 saat təşkil edir. “Xyboard 10.1” planşeti isə 7000 mA/saat tutumlu akkumulyatora malikdir və avtonom iş müddəti 10 saata malikdir.
Kiçik modelin ölçüləri 216x140x9 mm, çəkisi 390 qr təşkil edir. Böyük modelin ölçüləri isə 254x174x8,8 mm, çəkisi 603 qramdır. Qurğulara “Android 3.2” mobil əməliyyat sistemi quraşdırılıb, lakin “Motorola” şirkəti onları “İce Cream Sandwich”-ə qədər yeniləməyə söz verib.
30/01/12 Çap et