Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Flaş yaddaşlar 2 dəfə artıq təhlükə yaradır


İnformasiya texnologiyaları mütəxəssislərinin qənaətincə,  müdafiəsiz flaş yaddaş qurğularında risk faktoru ikiqat çoxdur. Bununla belə, qiymətli korporativ məlumatların saxlanması üçün beynəlxalq korporasiyaların əməkdaşlarının təxminən 77 faizi USB daşıyıcılarından istifadə edirlər. "www.cnews.ru" saytının məlumatına görə, "SanDisk" kampaniyasının sifarişi ilə  USB daşıyıcılarında  risk faktorunun öyrənilməsi ilə bağlı ABŞ-da tədqiqat aparılıb.

Sifarişçi kampaniyanın marketinq üzrə baş direktoru Cil Mayldvorsun fikrincə, flaş qurğuların məlumat sızdırılması, oğurlanması və s. kimi  təhlükələrə baxmayaraq, hələ də kampaniyaların informasiya texnologiyaları şöbələri buna qarşı effektiv siyasətin hazırlanmasına başlamayıblar.

C.Mayldvors yaranan risklərin minimuma endirilməsinin rəhbərlik səviyyəsində inzibati qərarlarla tənzimlənə biləcəyini deyib.

Saytın yazdığına görə, rus ekspertləri də hesab edirlər ki, qiymətli korporativ məlumatların flaş qurğularda daşınması variantı hazırda biznes məlumatlarının mühafizəsi üçün yanlış yanaşmadır.





30/01/12    Çap et