Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

15 internet şirkəti internet fırıldaqçılıqla mübarizə aparmaq üçün birləşib


"Google" korporasiyası fişinq və spamla mübarizə aparmaq üçün  "Facebook", "Microsoft", "Yahoo!" və daha 11 şirkətlə səylərini birləşdirib. Bu barədə şirkətlər qrupu tərəfindən dərc edilmiş press-relizdə bildirilib.
Fişinq məktubları dedikdə internet-şirkətlərin adından göndərilmiş fırıldaqçı mesajlar başa düşülür.

Belə məktublar ilə saxta sayta olan birbaşa və ya bağlantı vasitəsilə istifadəçidən onun şəxsi məlumatlarını əldə etməyə  çalışılır.


Fişinqlə mübarizə aparan qrup "DMARC.org" (Domain-based Message Authentication, Reporting and Conformance) adlanıb. "Gmail" bloqunda bildirilib ki, elektron poçt üçün eyni adlı spesifikasiya xeyli sayda məktub  göndərən şirkətlərə mesajlarının ünvanlarına çatacağına əmin olmağa imkan verəcək.
 





30/01/12    Çap et