Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ildə istifadəçilər 116 milyon kvadratmetr maye kristal panel satın alacaqlar


Hər il maye kristal panellərə tələbat artır və analitiklərin fikrincə, 2018-ci ildə tələbat 116 milyon kvadratmetr təşkil edəcək. 2011-ci ildə 40 düymdən yuxarı diaqonala malik maye kristal televizorların populyarlığı Çin və Şimali Amerika istehlakçılarının sayəsində artıb.

“DisplaySearch” şirkətinin məlumatına görə, hal-hazırda 46, 47, 55, 60 və 65 düymlü diaqonala malik televizor modelləri populyarlaşırlar. Yaxın gələcəkdə bazara 70, 75, 80 düym diaqonala malik modellər çıxarılacaq. Bu barədə  “DigiTimes” məlumat verib.

“DisplaySearch”-ın məlumatına görə, 2012-ci ildə maye kristal panellərə tələbat 85 milyon kvadratmetr təşkil edəcək. Bu isə daha əvvəl bildirilmiş proqnozdan 2 faiz yuxarıdır.

2012-ci ildə bazara bir çox yeni televizor modellərinin, həmçinin “4K2K” (4000x2000 nöqtə təsvir ölçülü) modelinin çıxarılacağı gözlənilir. “3D” dəstəkli televizorlar, həmçinin "ağıllı televizorlar" əlçatan olacaq, texnologiyalar onların qalınlığını azaltmağa imkan verəcək, digər müasir texnologiyalar tətbiq ediləcək.





30/01/12    Çap et