Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika hakimiyyəti məşhur fayl mübadiləsi xidmətinin işinə müdaxilə edəcək


Cümə axşamı “MegaUpload” fayl mübadiləsi xidmətinin serverlərində yerləşdirilmiş bütün istifadəçi məlumatları silinə bilər. Amerika hakimiyyəti bütün lazımi informasiyanı əldə edib və serverləri təmizləməyə hazırdır.

Hal-hazırda “MegaUpload” vəkilləri 50 milyon istifadəçinin məlumatının saxlanılması ilə əlaqədar ittiham tərəfi ilə danışıqlar aparırlar. Əgər razılıq əldə edilə bilməsə, faylların silinməsi fevral ayının 2-si tarixində başlanacaq.


“The Guardian” nəşri bildirib ki, “MegaUpload” serverlərində yalnız müəllif hüququ qorunmayan materiallar deyil, həmçinin tamamilə qanuni məlumatlar - şəxsi fotolar, sənədlər saxlanılır.

Vəkillər, həmçinin vurğulayıblar ki, məlumatların bir hissəsi digər şirkətlərin serverlərində  saxlanılıb. Lakin “MegaUpload”-ın hesabı dondurulduğundan onlar göstərdiyi xidmətə görə pullarını ala bilmirlər.






30/01/12    Çap et