Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SMPDK İEC-in elektron bazasından maneəsiz istifadə hüququ qazanıb


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) elektron bazasından maneəsiz istifadə hüququ qazanıb. Bu barədə "İCT News" elektron xəbər xidmətinə komitənin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, SMPDK 2011-ci ildə Azərbaycanın Beynəlxalq Elektrotexniki Komissiyanın tərəfdaş üzv ölkə proqramına qoşulması işlərini həyata keçirib.

Tərəfdaş üzv ölkə proqramına qoşulmaqla komitə elektron bazadan maneəsiz istifadə ilə yanaşı, İEC tərəfindən qəbul edilmiş beynəlxalq standartları əldə edib və onu Azərbaycanda tətbiq etmək imkanları qazanıb.

Bundan başqa, əməkdaşlıq nəticəsində komitənin nümayəndələri İEC-in Texniki komitələrində və Baş Assambleyasında iştirak etmək hüququnu da əldə ediblər.





30/01/12    Çap et