Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” istifadəçilərini əsəbiləşdirib


“Twitter” mikrobloqlar şəbəkəsinin istifadəçiləri resursu boykot etməyə  çağırıblar. Qeyd edək ki, cümə günü “Twitter” bir sıra ölkələrin istifadəçiləri üçün internet-məzmunun qismən bloklanması sisteminin tətbiqi haqqında bildirib, buna qədər isə şəbəkə qeyri-leqal məzmunla mübarizə haqqında “SOPA” və “PİPA” qanun layihələrinə qarşı etiraz etmiş öz kolleqalarının etirazlarını dəstəkləməkdən imtina etmişdi.

Bir çox istifadəçilər etiraz əlaməti olaraq bu həftə gün boyunca resursdan istifadə etməyəcəklərini bildiriblər. Etirazların təşkilatçıları bildiriblər ki, “Twitter” öz kolleqalarından (məsələn, “Google” şirkəti) çox şey öyrənməlidir. Məsələn, “Google” şirkəti Çində məzmunu senzuralaşdırmaqdan imtina edib, hətta buradakı biznesini də dayandırıb.

İstifadəçilər qeyd ediblər ki, “Twitter” şəbəkəsi keçən il ərəb ölkələrində  etiraz etmiş insanların əsas silahlarından biri olub və məhz o, yeni güclərin əsas əlaqə və ünsiyyət vasitələrindən olub. Lakin indi “Twitter” şəbəkəsi bu hərəkata qarşı əks-gediş edir.

"Twitter”in son addımları açıq-aşkar istifadəçilərə qarşı istiqamətlənib. Hər halda şirkət istifadəçilərin bazasını itirəcək və hökumətdən əhəmiyyətli dəstək almayacaq” - “Forbes” jurnalının sosial şərhçisi Mark Qibbs yazıb.

 





30/01/12    Çap et