Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gartner:” Hökumətlər bütün istiqamətlərdə informasiya texnologiyalarından istifadə etməlidirlər
Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu sona çatarkən "Gartner" şirkətinin analitiki Bettina Tratz-Ryan "Computing" nəşrinə bu tədbirdən irəli gələn əsas texnoloji tendensiyalar haqqında müsahibə verib.
Müsahibə zamanı o bildirib ki, biznes liderlərilə yüksəkvəzifəli məmurlar texnologiyanın şəhərlərin landşaftlarının yaxşılaşdırılmasında oynadığı rolu haqqında müzakirə keçiriblər.
Bu məqsədlə məlumat toplamaq, təhlillər keçirmək və "bulud" texnologiyasını tətbiq etmək lazımdır. Tratz-Ryanın dediyinə görə, qida, enerji, səhhət, təhsil və infrastruktur kimi əsas iqtisadi resurslar şəhər yerlərində bir-birindən yüksək dərəcədə asılıdırlar.
Texnologiya isə adıçəkilən resursların düzgün idarə olunmasını və onlarla bağlı xidmətlərin düzgün təşkil olunmasını təmin etməlidir.
"Biz bilirik, məlumatı toplamaq üçün texnologiyadan necə istifadə etmək lazımdır. Məlumat toplama prosesi sistemlərin xəbərdar etmə qabiliyyətini yüksək dərəcədə artıra bilər. Məsələn, hava haqqında məlumatı toplayaraq biz havanın kənd təsərrüfatına təsirini öyrənə bilərik .
Belə hallarda biz "bulud" texnologiyasından tez-tez istifadə edirik. Əvvəl hökumətlər lazımi resurslar olmadığı üçün iri həcmli məlumatı təhlil edə bilmirdilər. İndi isə onlar bu məqsədlə "bulud" texnologiyasından istifadə edirlər.
Hazırda hökumətlər sənayelərlə birlikdə şəhərlərin landşaftlarını yaxşılaşdırmaq istəyirlər. Lakin onlar yol hərəkəti, enerji, resurslar və səhiyyə ilə bağlı böyük problemlərlə üzləşirlər. Belə halda bəzi hökumət mərkəzləri məlumatı toplayan İT servis provayderləri ilə əlaqə yaratmalıdırlar.
Məsələn, hökumətlər "Google" kimi şirkətdən səhhətlərində problem olan vətəndaşlar haqqında məlumatı əldə edə bilər. Lakin bu, vətəndaşların məlumatın məxfiliyi ilə bağlı narazılıqlarının səbəbi ola bilər. Məxfiliklə təhlükəsizlik də vacibdir. Və onlarla bağlı problemləri həll etmək üçün yeni tədbirlər həyata keçirilməlidir".
30/01/12 Çap et