Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə qeyri-qanuni film yaydıqlarına görə məhkəməlik oldular


Moskvada Lopuxovlar ailəsinin günahı üzündən kinokompaniyalara 38 milyard rubl zərər dəyib. Vurulan zərərin məbləğini bu günlərdə cütlüyün "interfilm.ru" torrent-trekerini yaratmaqda günahlandıran Rusiya Antipirat Təşkilatı açıqlayıb. "www.innov.ru" saytının məlumatına görə, Andrey və Natalya Lopuxovlar bu gün - yanvarın 31-də  Moskva Şəhər Məhkəməsinə çıxarılacaqlar.

Onlar filmlərin internetdə qeyri-qanuni yayımlanmasında təqsirləndirilirlər. Dövlət orqanları ilə çətin  mübarizədə cütlüyü  "Rusiya Pirat Partiyası" dəstəkləyir.

Məsələ ilə bağlı səxavətlə press-relizlər yayan partiya onları piratlara yaxın olan saytlarda yerləşdirir. Lopuxovlar ailəsi isə istintaqın gedişində pozuntuların olması ilə bağlı artıq prokurorluğa şikayət edib.
 





31/01/12    Çap et