Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində mikrobloq xidmətləri sürətlə populyarlaşır
Çin internet-infrastrukturunun informasiya mərkəzinin (CNNİC) hesablamalarına əsasən, 2011-ci ilin sonunda ölkədə mikrobloq istifadəçilərinin sayı 250 milyonu ötüb.
Bu göstərici 2010-cu il ilə müqayisədə təxminən 300 faiz çoxdur. Belə ki, o zaman belə xidmətlərdən təxminən 63 milyon insan istifadə edirdi. Beləliklə, hal-hazırda Çin Xalq Respublikasının (ÇXR) 500 milyonluq veb-auditoriyasının yarısı mikrobloqlardan istifadə edirlər.
“CNNİC”, həmçinin qeyd edib ki, internet-kommunikasiyaların digər növlərinin populyarlığının azalması müşahidə edilir. Belə ki, elektron poçtdan 47,9 faiz veb-istifadəçi istifadə edir. 1 il əvvəl bu göstərici 54.6 faiz təşkil edib. Forumlara 28,2 faiz veb-istifadəçi daxil olur.
2010-cu ildə isə bu göstərici 32.4 faizə bərabər idi. Bloq və onlayn gündəliklərin populyarlığı isə 64,4 faizdən 62,1 faizə qədər azalıb.
ÇXR-də “Sina” şirkətinin “Weibo” mikrobloq xidməti ən populyardır.
31/01/12 Çap et