Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wordpress CMS” əsasında işləyən saytlara hücum olub


“M86 Labs” İT şirkəti istifadəçiləri “Wordpress CMS” platforması əsasında işləyən bloqlar üçün yeni hücumun aşkar edilməsi haqqında xəbərdar edib

. Şirkətin məlumatına əsasən, “Phoenix” kimi tanınan eksploitlərin yeni dəstinə “Wordpress 3.2.1” bloq-platformasında aşkar edilmiş zəifliklərdən istifadə edilməsi üçün bir sıra imkanlar əlavə edilib.


“M86 Labs” şirkəti qeyd edib ki, hal-hazırda bu eksploitin fəaliyyəti nəticəsində bir neçə yüz sayt hücuma məruz qalıb.

“Phoenix” eksploit dəsti ilk əvvəl hədəf sistemlərin avtomatlaşdırılmış yoluxdurulması üçün yaradılıb. O, ziyanverici kodları yayanların kodlarını hücuma məruz qalmış saytlara avtomatik tətbiq etməyə imkan verir.
İstifadəçi yoluxdurulmuş sayta daxil olduqda isə saytda yerləşdirilmiş kod bir sıra hərəkətlər (müasir veb- səyyahlara müxtəlif hücum metodları və s.) yerinə yetirməyə çalışır.

 





31/01/12    Çap et