Smartfonların satışı aşağı düşəcək
Rusiya istehlakçı bazarını araşdıran analitiklər bahalı telefonların, o cümlədən smartfonların satışının aşağı düşəcəyini deyirlər. Onlar bunu dünya iqtisadiyyatında baş verən maliyyə böhranı ilə əlaqələndirirlər.
“www.innov.ru” saytının məlumatına görə, dünyanın aparıcı istehsalçıları artıq mobil rabitə cihazlarına istehlakçıların tələbatının zəiflədiyini bildirirlər. Yalnız geniş reklam olunan “iPhone 4S” üstünlüyünü saxlayır ki, ekspertlər də onun artan populyarlığını “Apple” şirkətinin rəhbəri Stiv Cobsun yoxluğu ilə bağlayırlar.
Digər markalar sırasında isə ötən il də “Apple” smartfonlarını satışda qabaqlayan “Samsung” brendini uğur gözləyir. Satış tempinin enəcəyi markalara gəlincə, buraya “Sony Ericsson”, HTC, “Research in Motion” və “Motorola Mobility” aid edilir. Büdcə seqmentində isə yenə də “Nokia” uğurlu mövqeyini qoruyub saxlayacaq.