Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon bazarına hansı şirkət liderlik edir?
"Strategy Analytics" şirkətinin məlumatına əsasən, 2011-ci ildə dünyada 488,5 milyon smartfon tədarük edilib. 2010-cu (299.5 milyon) ilə müqayisədə artım 63,1 faiz təşkil edib.
97,4 milyon "ağıllı telefon" satmış "Samsung" şirkəti ilin nəticəsinə görə ən iri tədarükçü olub. Cənubi Koreya istehsalçısının payı 1 il ərzində 8,0 faizdən 19,9 faizə qədər artıb.
"Apple" şirkəti reytinqdə ikinci yerdədir: şirkət 1 il ərzində təxminən 93 milyon "iPhone" smartfonu tədarük edib və onun bazarda payı 19 faizdir. Qeyd edək ki, 2010-cu ildə "Apple" şirkətinin payı 15,9 faiz olub.
"Nokia" şirkəti isə üçüncü yerə sıxışdırılıb: istehsalçı 2011-ci il ərzində təxminən 77,3 milyon smartfon tədarük edib. Bu, bazarın 15,8%-i deməkdir. Məlumat üçün qeyd edək ki, Finlandiya istehsalçısı 2010-cu ildə 33,4% pay ilə smartfon seqmentində liderlik edirdi.
Keçən il ərzində digər istehsalçılar isə ümumilikdə təxminən 220,8 milyon smartfon satıblar.
31/01/12 Çap et