Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android Market” vasitəsilə bədniyyətli proqram təminatı yayılır
“Symantec” şirkəti “Android Market” onlayn-mağazasında bədniyyətli əlavələrin peyda olması haqqında xəbərdarlıq edib.
“Symantec” şirkətinin mütəxəssisləri aşkar edilmiş “Android.Counterclank” proqramını ziyanverici koda aid ediblər. O, ən azı 13 əlavədə aşkar edilmiş “apperhand” adlı paketə quraşdırılıb.
Onlardan istənilən birinin işə salınması zamanı portativ qurğunun yaddaşında “apperhand” prosesi yaranır, ekranda isə axtarış piktoqramı görünür.
“Symantec” şirkəti hesab edir ki, kibercinayətkarlar “Android.Counterclank”-dan fərdi informasiyanın oğurlanması və digər hərəkətlərin icra edilməsi üçün istifadə edə bilərlər. Müxtəlif hesablamalara əsasən, bədniyyətli kodla olan əlavələr 1-5 milyon dəfə yüklənib.
Lakin digər ekspertlər “Symantec” şirkətinin məlumatına şübhə ilə yanaşırlar. Onların fikrincə, “Android.Counterclank” reklam platformasının bir hissəsidir. Proqramda troyan funksiyaları guya yoxdur.
31/01/12 Çap et