XİN-in “Twitter” səhifəsi yaradıldı
Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" (MFA_Press Service) səhifəsi yaradılıb. Nazirliyin mətbuat xidmətindən «İCTnews» elektron xəbər xidmətinə verilən məlumata görə, XİN-in "Twitter" səhifəsinin yaradılması ilə xarici siyasətimizə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının və press-relizlərin operativ şəkildə oxuculara çatdırılması təmin olunacaqdır.
Hər kəs "Twitter" səhifəsinə «www.twitter.com/AzerbaijanMFA» linki ilə daxil ola bilər.