Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Federal Təhlükəsizlik Bürosu “MegaUpload” serverlərindən məlumatları silməyəcək
FTB (Federal Təhlükəsizlik Bürosu) tərəfindən bağlanmış "MegaUpload" fayl mübadiləsi xidmətində yerləşdirilmiş istifadəçilərin məlumatları cümə axşamı silinməyəcək. Çünki Kim Dotkomun vəkilləri Amerika hakimiyyəti və şirkətlər ilə razılaşa biliblər və məlumatların serverdə saxlanılma müddətini ən azı 2 həftə uzada biliblər.
Bundan əvvəl "MegaUpload"-ın yaradıcısı Kim Dotkomun vəkili Ayra Rotken bildirmişdi ki, məlumatların silinməsi onun müştərisinin müdafiə edilməsini çətinləşdirəcək, həmçinin xidmətdə şəxsi foto və sənədləri saxlamış istifadəçilər də zərər çəkəcəklər.
Lakin qeyd etmək lazımdır ki, serverlərin kirayəsinə görə pul ödəmək lazımdır. "MegaUpload"-ın hesabları isə dondurulub. Beləliklə, əgər yaxın 2 həftə ərzində hər hansı bir həll yolu tapılmasa, adi istifadəçilər öz məlumatlarını itirəcəklər, çünki serverlərin sahibləri həmin məlumatları pulsuz uzun müddət saxlaya bilməyəcəklər.
31/01/12 Çap et