Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
Xüsusi günəş panellərindən istifadə edilməsi yolu ilə günəş işığından əldə olunan elektrik enerjisi, bir qayda olaraq yanacaq elementlərinin istifadəsindən daha baha başa gəlir. Bu, inkişaf etmiş ölkələr üçün aktualdır, lakin üçüncü dünya dövlətlərində hər şey tamamilə əksinədir.
Amerika tədqiqatçıları və “Dvice” portalı nümunə kimi bir neçə Afrika ölkəsini misal gətiriblər. Afrika ölkələrinin bir çox sakinləri mərkəzləşdirilmiş elektrik şəbəkələrinin yoxluğuna görə neft lampalarından istifadə etməli olurlar.
Bu lampalar onlar üçün adi közərmə lampalarını əvəz edirlər və həmin lampaların sayəsində qaranlıqda oxuya və işləyə bilirlər. Mütəxəssislərin hesablamalarına əsasən, belə neft lampaları günəş panelləri ilə işləyən qurğularla müqayisədə iqtisadi cəhətdən təxminən 2 dəfə daha az əlverişlidir.
Bundan əlavə, neft lampaları, həmçinin çox təhlükəlidir, çünki alışan yanacağı söndürmək olduqca çətindir.
Hal-hazırda Afrikada günəş panelləri ilə işləyən qurğular yayılmağa başlayır.
Əlbəttə ki, belə cihazlar bahadır, lakin həll tapılıb. Belə ki, ilk əvvəl 10 dollar dəyərində olan dəst (2.5 Vatt gücündə olan günəş paneli, lampanın divar, stolüstü və ya asma montajı üçün plastik korpus, iki işıq diodu, iki akkumulyator) almaq lazımdır, sonra isə 18 ay ərzində həftədə 1 dollar ödəmək lazımdır.
Tədqiqatçıların hesablamalarına əsasən, üçüncü dünya ölkələrində günəş enerjisindən istifadəyə keçid tədricən baş verəcək.
31/01/12 Çap et