Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ilədək “Twitter”in reklam gəlirləri 3 dəfə artacaq


“Twitter” mikrobloqlar xidmətinin reklam gəlirləri 2014-cü ilədək 3 dəfə artacaq və 2014-cü ilin sonuna kimi 540 milyon dollar təşkil edəcək.

Bu barədə “eMarketer” tədqiqat şirkətinin yeni hesabatında qeyd edilib,- “Bloomberg” bildirib.
“EMarketer” analitiklərinin məlumatlarına əsasən, “Twitter” şəbəkəsinin  reklam gəlirləri keçən il 139,5 milyon dollar təşkil edib.

Hal-hazırda “Twitter” mikrobloqlar xidməti ABŞ-da reklam gəlirlərinin təxminən 90%-ni alır, lakin 2014-cü ilədək bu rəqəm təxminən 83%-ə qədər azalmalıdır.
 
 
 
 





01/02/12    Çap et