Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hitachi” şirkəti 4 TB tutuma malik yeni sərt disk istehsal edib


Yaponiyada satışa 3,5 düymlü form-faktorda hazırlanmış yeni “Hitachi Deskstar 7K4000” sərt diskləri çıxarılıb.
“HDS724040ALE640” adlı sərt disklər hər biri 800 QB tutuma malik olmaqla 5 disk lövhəsindən ibarətdir.

Beləliklə, daşıyıcıların tutumu 4 TB təşkil edir. Sərt diskləri kompyuterə “Serial ATA 3.0” interfeysi vasitəsi ilə qoşmaq mümkündür. Qeyd edək ki, “Serial ATA 3.0” interfeysində verilənlərin ötürülmə sürəti 6 Qbit/s təşkil edir.


Şpindelin fırlanma sürəti 7200 dövr/dəq, buferin tutumu 64 MB təşkil edir. Stolüstü kompyuterlər üçün nəzərdə tutulmuş sərt disklər Yaponiyada pərakəndə satışda təxminən 380 dollara satılır.





01/02/12    Çap et