Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşet bazarında 5 qat artım gözlənilir


“NPD” şirkəti yaxın 5 il üçün planşet kompyuterlərinin dünya bazarı üzrə proqnozunu açıqlayıb.
Şirkətin hesablamalarına əsasən, 2011-ci ildə təxminən 72,7 milyon planşet (digər məlumatlara görə, təxminən 67 milyon) satılıb.

2012-ci ildə planşet tədarüklərinin 120 milyona və 2013-cü ildə 160 milyona çatacağı gözlənilir. “NPD” şirkətinin analitikləri hesab edirlər ki, onilliyin ortasında planşet bazarının tutumu 250 milyonu ötəcək, 2017-ci ildə isə 383 milyona çatacaq.

Beləliklə, keçənilki nəticə ilə müqayisədə 5 qat artım proqnozlaşdırılır.
Planşet kompyuterləri üçün əsas aparat platforması “ARM” arxitekturasında  həllər olacaq.
 
 





01/02/12    Çap et