Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” Galaxy S-in yeni modelini təqdim edəcək
Yaxın zamanda “Samsung” şirkəti yeni Galaxy S telefonu ilə mobil telefon bazarını hərəkət gətirəcək. Samsung Galaxy S Advance adını daşıyacaq telefon ABŞ-dan sonra Rusiya bazarına, ardınca isə Avropa, Afrika, Orta Asiya və Çin istifadəçilərinə təqdim olunacaq.
Cihaz 1QHz tezlikli prosessora malik olaraq HSPA standartında 14.4 Mbps internet sürətini dəstəkləyir. Edge/GPRS texnologiyası əsasında da işləyə bilən və 4 düymlü Super Amoled ekrana sahib Galaxy S Advance-in daxili kamerası 5 megapiksel ilə təchiz olunub. Ön hissədə yerləşən kamerası 1,3 megapiksel olmaqla 720p formatında HD video çəkilişi mümkün edir.
01/02/12 Çap et