Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənclər arasında “Veb-konfrans” keçiriləcək


Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi ilə birgə fevralın 2-də “Gənclər günü” ilə əlaqədar olaraq Azərbaycan gənclərinin  “Veb-konfrans”ını keçirəcək. Şuranın mətbuat xidmətindən «İCTnews» elektron xəbər xidmətinə verilən məlumata görə, konfrans saat 15:00-da “Hilton” otelində (3-cü mərtəbə, “Ametic” zalı) keçiriləcək. Sumqayıt, Quba, Şəki, Ağdaş, Göygöl, İsmayıllı, Lənkəran və paytaxt Bakının Xəzər rayonunu əhatə edəcək tədbir çərçivəsində hər rayondan 20 gənc olmaqla 140 nəfər onlayn şəkildə iştirak edəcək.
“Veb-konfrans”ın moderatoru Milli Şuranın sədri, millət vəkili Fuad Muradov olacaq.

Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, adıçəkilən regionların millət vəkilləri və Azərbaycanda tanınmış gənclər təşkilatlarının sədrləri iştirak edəcək.





01/02/12    Çap et