Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət qulluğunun idarəçiliyi üzrə elektron təlimlər keçirilir
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi saytında (www.dqmk.gov.az) dövlət qulluğu üzrə elektron təlimlər – eLearning bölməsi fəaliyyətə başlayıb. eLearning bölməsi dövlət qulluğunun idarəçiliyi sahəsində müxtəlif istiqamətləri əhatə edən onlayn kursların keçirilməsi üçün nəzərdə tutulub.
Hazırda bölmədə “Gender bərabərliyinin əsasları” onlayn kursu yerləşdirilib. Bu kurs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə həyata keçirdiyi “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi” layihəsinin tərkib hissəsidir və daha geniş bir layihə olan “Dövlət qulluğunda islahatlar vasitəsilə yaxşı idarəçiliyin təşkili” layihəsinin çərçivəsində hazırlanıb.
01/02/12 Çap et