Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir sıra inkişaf etmiş ölkələr kiberhücumlara hazır deyil


"Bir çox inkişaf etmiş ölkələr kibercinayətkarlar tərəfindən hücumlara lazımi səviyyədə hazır deyil". "McAfee" antivirus şirkətinin sifarişi üzrə "Security & Defence Agenda" (SDA) tədqiqat mərkəzinin təşkil etdiyi yeni hesabatda bu cür qeyd edilib.

Kompyuter təhlükəsizliyi sahəsində mütəxəssislər dünyanın 23 ölkəsində kiberhücumlara hazırlıq dərəcəsini təhlil ediblər və ölkələri "5" ballıq şkala üzrə qiymətləndiriblər.

Maraqlıdır ki, "SDA" mütəxəssisləri tərəfindən heç bir ölkə ən yüksək bala layiq görülməyib. İsrail, İsveç və Finlandiya kimi ölkələr ən yüksək - "4,5" bal ilə qiymətləndiriliblər. "SDA" tədqiqat mərkəzinin fikrincə, məhz bu dövlətlər hər an mümkün ola biləcək kiberhücumlara daha yaxşı hazırlaşıblar və hücumlara qarşı müqavimət göstərə bilərlər. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya isə "4" bal ala bilib.

Çin, Rusiya, İtaliya və Polşa dövlətlərində isə kiberhücumlara hazırlıq səviyyəsi aşağıdır.
"Heç bir ölkədə kibercinayətkarları qabaqlaya bilmirlər" – "McAfee"-nin vitse-prezidenti və əsas texniki direktoru Fillis Şnek (Phyllis Schneck) qeyd edib.

O təəssüflə bildirib ki, hakerlər hələ ki, onlara müqavimət göstərənlərdən daha sürətli və daha hiyləgər hərəkət edirlər.






01/02/12    Çap et