Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanın rayonlarında sürətli genişzolaqlı internet xidməti istifadəyə verilib
Naxçıvan Muxtar Respublikasında fiber-optik kabel xəttindən istifadə etməklə dövlət strukturları arasında üçrəqəmli nömrələnmədən istifadə edilərək hökumət nömrələri verilib.
Bu işlərin yerinə yetirilməsi üçün 116 9 km fiber-optik kabel istifadə olunub. Hazırda Muxtar Respublika ərazisindən keçən 134 km uzunluğunda yeraltı optik xətti hər iki tərəfdən TAE (Trans Asiya Avropa) magistral xəttinə qoşulub.
Gömrük Komitəsi, Baytarlıq Xidməti, Sanitar-Karantin Xidməti və Gigiyena Epidemioloji Mərkəzinə fiziki xətt üzərindən sürətli internet şəbəkəsi qurulub. Ordubad rayonunun Gənzə, Şərur rayonunun Aralıq kəndlərində DSLAM avadanlığı vasitəsilə sürətli genişzolaqlı internet xidməti istifadəyə verilib.
02/02/12 Çap et