Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sərt disk istehsalçısının rüblük mənfəəti təxminən 4 dəfə artıb
Sərt disk seqmentində durğunluğa baxmayaraq, "Seagate" şirkəti vəziyyətini yaxşılaşdırır. "Seagate" şirkəti dekabr ayının 30-da bitmiş ikinci maliyyə rübü ərzində təxminən 47 milyon daşıyıcı satıb.
Bu göstərici illik hesablama üzrə 4 faiz azdır. Lakin "Seagate" satışların həcminə görə "Western Digital" (WD) şirkətini əhəmiyyətli dərəcədə üstələyə bilib.
Məlumat üçün qeyd edək ki, "WD" şirkəti analoji dövrdə 28,5 milyon daşıyıcı tədarük edib. "Seagate" şirkətinin rüblük mədaxili illik hesablamada 2.7 milyard dollardan 3,2 milyard dollara qədər artıb. Təmiz mənfəət təxminən 4 dəfə, 150 milyon dollardan 563 milyon dollara qədər artıb.
"Seagate" şirkətinin sərt disklərinin orta qiyməti 24 faiz - 55 dollardan 68 dollara qədər artıb. Şirkət hesab edir ki, sərt disk sahəsində Taylandda baş vermiş daşqınla bağlı yaranmış durğunluq 2012-ci ildə də müşahidə olunacaq.
02/02/12 Çap et