Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“RİM” şirkəti güclü “BlackBerry” smartfonu hazırlayır
“BlackBerry London” smartfonu monoblok tipli korpusda hazırlanacaq. Ehtimal ki, sensor ekranın diaqonalı 4 düymdən çox olacaq.
Müşahidəçilər hesab edirlər ki, smartfon ən azı 8 milyon piksel təsvir ölçüsünə malik kamera və 1,5 QHz takt tezliyində işləyən ikinüvəli prosessor ilə təchiz ediləcək.
Proqram platforması “BlackBerry 10” əməliyyat sistemi olacaq.Smartfonun 2012-ci ilin ikinci yarısında satışa çıxarılacağı güman edilir.
02/02/12 Çap et