Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa məhkəməsi “Google” şirkətini 660 milyon dollar dəyərində cərimələyib


Fransa məhkəməsi “Google” şirkətini 660 milyon dəyərində cərimələmək haqqında qərar çıxarıb. Buna internet-nəhəngin bazarda öz üstün vəziyyətindən sui-istifadə etməsi səbəb olub. Belə ki, şirkət “Google Maps” kartoqrafiya xidmətinə pulsuz giriş təqdim edir.

“The Economic Times” nəşri xəbər verib ki, Fransanın Ticarət məhkəməsi “Bottin Cartographes” firmasının "Google France” və onun tabe olduğu “Google” şirkətinə qarşı pulsuz kartoqrafiya xidmətinin təqdim edilməsinə görə ədalətsiz rəqabət ilə bağlı şikayətini dəstəkləyib.

“Bottin Cartographes” firması, həmçinin kartoqrafiya xidməti təqdim edir, lakin bu xidmətin əvəzində pul alır.
“Google France” nümayəndələri bildiriblər ki, hal-hazırda məhkəmənin qərarını və bu işlə bağlı öz imkanlarını araşdırırlar.
 
 
 
 
 





02/02/12    Çap et