Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” 5 milyard dollara ümid edir
Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” 2012-ci il fevral ayının 1-də öz səhmlərinin birjada (İPO) ilkin açıq yerləşdirilməsi üçün ərizə verib. “Facebook” 5 milyard dolları əldə etməyi planlaşdırır. Bu barədə “İnternational Financing Review” maliyyə nəşrinə istinadən "Röyters" xəbər agentliyi bildirib.
“Facebook” bilərəkdən ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyasına (SEC) ilkin ərizədə az məbləğ göstərib, belə ki, investorların nə dərəcədə maraqlanmaları haqqında öyrənmək istəyir. Sonra isə “İPO”-ya hazırlıq prosesində məbləğ yüksəldiləcək.
02/02/12 Çap et