Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Sukerberq 1 dollar dəyərində maaş alacaq


Dünyanın ən böyük sosial şəbəkəsinin banisi və rəhbəri öz əməkhaqqını  500 min dəfə azaltmağa qərar verib. Mark Sukerberq 2013-cü ildən etibarən 1 dollar dəyərində maaş alacaq,- “TechCrunch” yazıb. Qeyd edək ki, Mark Sukerberq internet-şirkətin 28% səhminə malikdir.

2011-ci ildə resursun təmiz mənfəəti 1 milyard dollar olub. Bu göstərici  2010-cu il ilə müqayisədə 65% çoxdur. Mədaxil isə təxminən 3,7 milyard dollar təşkil edib. Bu halda onun 85%-i reklam hesabına qeydə alınıb.

Hal-hazırda “Facebook” şəbəkəsində istifadəçilərin sayı 845 milyon təşkil edir, onların yarısından çoxu sosial şəbəkəyə mobil qurğulardan daxil olurlar. Sayt administrasiyası sosial şəbəkədə internetin bütün istifadəçilərinin - təxminən 2 milyard insanın qeydiyyatdan keçməsini istəyir.





02/02/12    Çap et