Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” və “Firefox” veb-səyyahları bazar paylarını itirirlər


“Net Market Share” hesablamalarına əsasən, “Microsoft İnternet Explorer” veb-səyyahı yanvar ayında mövqeyini bir qədər möhkəmləndirib.

Populyarlığa görə ikinci yerdə olan “Firefox” veb-səyyahı 1 ay ərzində 0,95% geriləyib: onun bazar payı 21,83%-dən 20,88%-ə qədər azalıb. “Google Chrome” veb-səyyahının yanvar ayında payı 18,94% təşkil edib.

“Safari” veb-səyyahı 4.90% bazar payı ilə dördüncü, “Opera” veb-səyyahı isə 1.67% göstərici ilə beşinci yeri tutublar. 2011-ci ilin dekabr ayında bu veb-səyyahların bazar payları müvafiq olaraq, 4,97% və 1,66% təşkil edib.
Mobil veb-səyyahlar seqmentində isə “Safari” (54.85%), “Opera Mini” (19.58%) və “Android” platformasının səyyahı (17.78%) liderlik edir.
 





02/02/12    Çap et